Jump to content

User:Era1995baku

From Wikipedia, the free encyclopedia

“ERA” ASC İstehsalat-kommersiya şirkəti olub Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərir,əsasən tikinti materiallarının istehsalı,satışı,idxalı və tikinti işləri ilə əlaqədar fəaliyyət göstərir.


“ ERA” ASC 1995-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin vaxtdan da müstəqil bir cəmiyyət kimi öz fəaliyyətinə başlamışdır. “ ERA“ ASC öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq qanunlar çərçivəsində qurmuşdur. “ ERA” ASC fəaliyyətə başladığı vaxtdan hal-hazırki vaxta qədər böyük bir inkişaf yolu keçmişdir.Belə ki,ilk vaxtlar yalnız kiçik bir beton istehsalı sexi ilə Azərbaycan bazarına daxil olmuş bu cəmiyyət öz fəaliyyəti dövründə inkişaf edərək iri həcmli istehsal gücünə malik,müxtəlif tenderlərin qalibi olmuş Azərbaycan Respublikasının aparıcı istehsal-kommersiya müəssisəsinə çevrilmişdir.Belə ki,Bakı şəhəri ərazisində aparılan bir çox tikinti işlərində-o cümlədən yol tikintisində,hündür mərtəbəli yaşayış binalarının,otellərin,məktəb və uşaq baxçalarının,müxtəlif müasir tipli obyektlərin tikintilərində özünün istehsal etdiyi tikinti materialları ilə bilavasitə iştirak etmiş və apardıqları işlərin keyfiyyətinə ğörə tikinti mterialları istehsalı və satışı üzrə Azərbaycan Respublikasında aparıcı istehsal-kommersiya müəssisəsinə çevrilmşdir.Məhz iri həcmli müasir tipli tikinti obyektlərinin tikintisinin əksər hallarda bu şirkətə həvalə olunması onun bütün işləri özünün istehsal və idxal etdiyi müxtəlif növ yüksək keyfiyyətli tikinti materialları ilə aparmasından irəli gəlmişdir.


Şirkətin əsas fəaliyyət istiqamətləri tikinti materiallarının istehsalı,idxalı və satışıdır.Belə ki,fəaliyyətə başladığı vaxtdan hazırki vaxta qədər şirkət Azərbaycan Respublikasının tikinti sektorunda istifadə olunan bir çox adda tikinti məhsullarının,o cümlədən yüksək keyfiyyətli sement,beton,çınqıl,asfalt,kərpic,mişar daşı,əhəng, müxtəlif təyinatlı tikinti boyaları,emulsiyalar,plastik qapı və pencərələr,laminatlar,lambirlər,mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur.Müxtəlif tenderlərin qalibi olmuş “ERA” ASC-nin əsas fəaliyyəti məhz tikinti sektoru olduğu üçün bu sahədə istifadə olunan yeni texnologiyalar şirkətin prioritet hesab etdiyi istiqamətlərdən biridir.Belə ki,şirkət əsasən keyfiyyətcə digər tikinti materiallarından geri qalmayan,qiyməti yerli bazarda münasib olan ekoloyi cəhətdən və digər bütün normativlərə cavab verən tikinti materiallarından istifadəyə üstünlük verərək sifarişçilərin tələbatını tam təmin edə bilir.


“ERA” ASC-nin tərkibində bir sıra bölmələr,departamentlər, agentliklər,istehsal sexləri,mini zavodlar,iaşə müəssisələri və Azərbaycan Respublikasının müxtəlif rayonlarının ərazilərində yerləşən və şirkətə tabe olan firma mağazalar fəaliyyət göstərir. Şirkətidə fəaliyyət göstərən İstehsalat Departamenti tikinti materiallarının istehsalı ilə məşğul olan bütün sexlərin,mini zavodların işlərinə bilavasitə rəhbərlik edir.Bu Departament şirkətdə istehsal olunan bütün tikinti materiallarının istehsal proseslərini planlaşdırır və bu proseslərə nəzarət funksiyasını həyata keçirir. Şirkətin Texniki nəzarət Departamenti şirkətdə istehsal olunan bütün məhsulların istehsal texnologiyalarına və normativlərinə,habelə məhsulların beynəlxalq standartlara uyğun olub-olmamasına nəzarət edir.Bu normalar daxilində istehsal olunmuş məhsullar Texniki nəzarət Depertamentinin müvafiq ekspertizasından keçdikdən sonra anbarlara daxil olur.İstehsal texnologiyalarına və normativlərə cavab verməyən məhsullar zay məhsul kimi qiymətləndirilərək,təkrar istehsala göndərilir və ya məhv edilir.

“ERA” ASC-nin Hüquq departamenti şirkətin başqa şirkətlərlə,o cümlədən xarici şirkətlərlə bağladığı müqavilələri hazırlayır,onlara hüquqi rəy verir,şirkətin tenderlərdə iştirakı üçün müvafiq sənədləşmə işlərini həyata keçirir.Bundan başqa şirkətlərin “ERA” ASC-nə olan borclarının vaxtında ödənilməsini təmin etmək məqsədi ilə danışıqlar aparır,mübahisə doğuran məsələlərdə şirkəti məhkəmələrdə təmsil edir.Hüquq Departamenti həmçinin şirkətdaxili qanun pozuntuları baş verdikdə şirkət rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırmalar aparır və hüquqi qiymət verir. “ERA” ASC-nin tabeliyində İnsan resursları Departamenti də fəaliyyət göstərir ki,bu Departamentin də funksiyası şirkəti vaxtı-vaxtında lazımi kadrlarla təmin etmək,şirkət əməkdaşlarının işə vaxtında gəlib-getməsinə nəzarət etmək,əmək intizamının pozulmamasına nəzarət etməkdir.Kadr seçimi ciddi tələblər əsasında həyata keçirilir.Şirkətdə işləmək istəyən şəxs electron poçt vasitəsi ilə öz cv-sini şitkətə göndərir.İnsan resursları departamenti bu cv-ləri araşdırır,maraq doğuran kadrlar şirkətə dəvət olunur,onlarla individual söhbətlər aparılır və şirkətdə işləmək üçün məqbul hesab edilən kadrlar 2 ay sınaq müddətinə işə qəbul olunur.Sınaq müddətində intizamı və bacarığı ilə özünü doğruldan kadrlarla bir illik əmək müqaviləsi bağlanılır.İşlədiyi bir il ərzində işinin öhdəsindən gələn kadrlarla əmək müqaviləsinin vaxtı uzadılır. Şirkətdə həmçinin Maliyyə Departamenti fəaliyyət göstərir.Bu departament əməkdaşların əmək haqqlarının hesablanmasını,məhsul satışından və şirkətin göstərdiyi xidmət sahələrindən əldə olunan gəlirləri,şirkətin istifadə etdiyi enerji resurslarının hesabatını və onların ödənilməsini,vergi və sosial sığorta ödəmələrini həyata keçirir. Şirkətin Xarici-iqtisadi əlaqələr Departamenti şirkətin xarici şirkətlərlə olan iş birliyində bilavasitə iştirak edir,müqavilələrin bağlanmasından qabaq danışıqlar aparır və nəticəsi barədə şirkət rəhbərliyinə məlumat verir.Bundan başqa bu departament dünya bazarında olan tikinti materiallarının,enerji resurslarının qiymətləri barədə daim məlumat toplayır. Şitkətdə fəaliyyət göstərən Logistika Departamenti şirkətdə istehsal olunan və idxal olunan tikinti məhsullarının normativlər əsasında saxlanmasını,daşınmasını,idxal məhsullarının gömrüyə təqdim olunmasını təmin edir.Bu məqsədlə şirkətin nəqliyyat parkı,müasir tipli anbarları və yanacaqdoldurma məntəqəsi mövcuddur. “ERA” ASC-də həmçinin Reklam agentliyi fəaliyyət göstərir ki,bu bölmə şirkətin istehsal və idxal etdiyi məhsulların yerli bazarda satışına əhəmiyyətli dərəcədə təsir göstərir.Reklam əsasən kütləvi informasiya vasitələri-televiziya,radio və dövrü mətbuat vasitəsi ilə həyata keçirilir.Bununla yanaşı iri şəhərlərdə reklam şitlərində şirkətin istehsal və idxal etdiyi məhsullar reklam olunur.Şirkət reklam hesabına satışının əhəmiyyətli dərəcədə artmasını nəzərə alaraq,hər il reklama ayrılan vəsaiti artırır. Şirkətdə fəaliyyət göstərən Kommersiyə və Sənaye Departamenti şirkətin bütün kommersiya strukturlarının fəaliyyətini planlaşdırır,şiirkətdə “ERA” ASC-nin hazırda Azəbaycan Respublikasının müxtəlif şəhər və rayonlarda da struktur bölmələri fəaliyyət göstərir.Həmin bölmələr-filiallar şirkətin istehsal və idxal etdiyi məhsulların yerli bazarda həm topdansatış,həm də pərakəndə satışını həyata keçirir. Şirkətin Azərbaycan Respublikasının demək olar ki,bütün şəhər və rayonlarında firma mağazaları fəaliyyət göstərir.Bu mağazalarda “ERA”ASC-nin istehsal etdiyi məhsullarla yanaşı,onun idxal etdiyi məhsullar da satılır.Bunun üçün şirkətin Marketinq Departamentinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən əməkdaşları potensial alıcılar olan digər tikinti şirkətləri ilə mütəmadi işlər aparır, alıcının tələblərinə cavab verən,onun üçün əlverişli olan variantları təklif edərək,istər özünün istehsal etdiyi,istərsə də idxal etdiyi məhsulların real alıcılarını müəyyənləşdirir.Bununla da həm bazarın konkret olaraq hansı məhsula ehtiyacı olduğunu, satışın planlaşdırılmasını təmin etmək üçün mühüm bir iş aparırlar. “ERA” ASC-nin tərkibində fəaliyyət göstərən Tikinti Departamenti respublika ərazisində iri miqyaslı tikinti işlərini aparır.Bura avtomobil yollarının tikintisi və təmiri, müasir tipli yaşayış binalarının,otellərin,məktəblərin,uşaq baxçalarının tikintisi aiddir. Şirkətdə fəaliyyət göstərən Təchizat bölməsi isə şirkətin apardığı tikinti və təmir işləri zamanı tələb olunan tikinti materialları ilə operativ şəkildə yəmin etməkdən ibarətdir. Bundan başqa şirkətdə İnzibati Bölmə fəalyyət göstərir ki,bu da şirkət rəhbərliyinin daxil olduğu bir srukturdur.Bura şirkətin prezidenti,onun istehsal,satış,xarici-iqtisadi əlaqələr üzrə müavinləri və onların köməkçiləri daxildir.