User:Lodzdeena/ABŞ tarixi (1789–1849)
Amerika Birləşmiş Ştatların 1789–1849-cu illər tarixi Amerikada qərbə doğru genişlənmə dövrü idi. Corc Vaşinqton 1789-cu ildə birinci prezident seçildi. Vaşinqton şəxsi instiutivi ilə üç nazirlik qurdu: Xarici İşlər (rəhbəri Tomas Cefferson), Xəzinədarlıq (rəhbəri Aleksandr Hamilton) və Müharibə (ilk rəhbəri Henri Knoks). Katiblər yeni baş prokuror ilə birlikdə kabineti təşkil edirdi. Mərkəzi Nyu-York olan yeni hökumət ölkənin maliyyə strukturunu yenidən qurmaq üçün dərhal fəaliyyətə başladı. Hökumət Hamiltonun proqramını qüvvəyə mindirdi, ştatların və milli hökumətin İstiqlal müharibəsi borclarını öz üzərinə götürdü və bunları yeni federal istiqrazlarla yenidən maliyyələşdirdi. Proqramın xərcləri yeni gömrük tarifləri və vergilərlə ödənildi. Viskiyə qoyulan vergi qərbdə üsyana səbəb oldu. Vaşinqton ordu qurdu və üsyanı ən aşağı şiddətlə yatırdı. Yeni konstitusiyaya 10 dəyişiklik olaraq Hüquqlar haqqında Bill (United States Bill of Rights) qəbul edildi. Konstitusiyanın Ali Məhkəmə tərəfindən məhdudlaşdırılan məhkəmə sistemi spesifikasiyasını dəqiqləşdirərən 1789-cu il Məhkəmə qanunu (Judiciary Act 1789) bütün federal məhkəmə sistemini yaratdı. Ali Məhkəmə güclü Ali Məhkəmə yaradan və milli hökuməti gücləndirən federalist və millətçi baş hakim Con Marşallın (1801-1835) rəhbərliyi altında inkişaf etdi.
1790-cı illər çaxnaşmalarla doludur. Birinci partiya sistemi (First Party System) Hamilton və onun Federalist Partiyası ilə Tomas Cefferson və onun Respublikaçılar Partiyası arasındakı münaqişədən yarandı. Vaşinqton və Hamilton geniş maliyyə fonuna və ölkədəki tacir və maliyyəçilərin dəstəyinə sahib olan güclü milli hökumət qururdular. Ceffersonçular yeni milli banka, donanmaya və federal vergilərə qarşı çıxırdılar. Federalistlər isə Fransa ilə bir sıra müharibələr etmiş İngiltərəni dəstəkləyirdi. Ceffersonun 1800-cü ildəki zəfəri ceffersonçu demokratiya dövrünü başlatdı və və yuxarı təbəqədəki federalistləri getdikcə marjinal rollara məhkum etdi.
Luiziyanın 1803-cü ildə Napoleondan satın alınması ilə Ceffersonun müdafiə etdiyi sürətlə genişləyən fermerlərin ehtiyaclarını tam şəkildə ödəyən məhsuldar torpaqlar Qərbdə geniş əraziyə yayıldı.
Amerikalılar 1812-ci il müharibəsində dənizdə amerikan nüfuzunu qorumaq, qərbdəki hindu axınlarını sonlandırmaq, o cümlədən Kanada ərazisini danışıqlar vasitəsi kimi müvəqqəti ələ keçirmək üçün İngiltərəyə müharibə açdı. Xarici işlər naziri Ceyms Monro 1812-ci ilin iyununda – "Kanadanı işğal etmək müharibənin məqsədi deyil, lakin müharibəni qənaətbəxş nəticəyə çatdırmaq üçün lazım ola bilər." – demişdir. Amerikalılar hökumətin səriştəsiz idarəçiliyinə və erkən bir sıra məğlubiyyətlərə baxmayaraq, Britaniya işğallarını dəf edən və köhnə Şimal-Qərbdə məskunlaşan ingilislərlə hindular arasında ittifaqı pozan Endrü Cekson, Vilyam Henri Harrison və Vinfild Skott kimi yeni generallar tapdılar. Düşmənlə ticarət etmək və ayrılmaq təhlükəsi yaradacaq dərəcədə müharibəyə qarşı olan federalistlər müharibənin qalibiyyətlə başa çatması ilə viran qaldılar. Mississippi çayının şərqində qalan hindular rezervasiyalarda saxlanıldı və ya Göz yaşı izi (Trial of Tears) ilə daha sonra Oklahomaya çevrilən rezervasiyalara köçürüldü.
Demokratiyanın genişlənməsi bütün ağdərili kişilərə səsvermə hüququ verərək ceksonçu demokratiyanın İkinci partiya sistemi ərzində siyasətdə hakim mövqe tutmasına şərait yaratdı. Varlı əkinçiləri, tacirləri, maliyyəçiləri və peşəkarları təmsil edən viqlər (whigs) gömrük tariflərindən və federal maliyyələşdirilən daxili təkmilləşdirmələrdən istifadə edərək cəmiyyəti modernləşdirmək istədilər. 1830-cu illərdə milli bankı bağladan ceksonçular onların qarşısını aldı. Ceksoniyalılar Manifest Destiny kimi tanınan fermerlər və əkinçilər tərəfindən işğal ediləcək yeni torpaqlara genişlənmək istəyirdilər. Texasın ilhaqı, Meksikanın müharibədə məğlub olması və İngiltərə ilə razılaşma sayəsində 1848-ci ildə ölkənin üçdə bir hissəsi qitə ABŞ-sini tamamladı.
Amerikadakı transformasiya siyasi demokratikləşmədən əlavə teleqraf, dəmir yolları, poçt və genişlənən nəşriyyat sənayesi də daxil olmaqla struktur, eləcə də kommunikasiya texnologiyalarının və şəbəkələrinin böyük böyüməsi idi. Onlar İkinci böyük oyanışın dini dirçəlişlərini, təhsilin genişlənməsini və sosial islahatları mümkün etdi. Həmçinin partiya siyasətini modernləşdirdilər və genişlənən bir ölkə daxilində malların, pulların və insanların sürətli, səmərəli hərəkətini təmin etməklə biznesi sürətləndirdilər. Cənubda yüksək gəlirli pambıq əkinləri, Şimal-şərqdə yeni toxuculuq və maşınqayırma sənayesi və sürətlə inkişaf edən nəqliyyat infrastrukturu sayəsində iqtisadi modernləşmə sürətlə davam etdi.
1791–1838-ci illərdə ilkin On üç koloniyadan 13 yeni ştat yarandı.
Amerikalılar Avropa modellərindən qoparaq öz yüksək mədəniyyətlərini, xüsusən ədəbiyyatda və ali təhsildə inkişaf etdirdilər. İkinci böyük oyanış ölkə daxilində canlanmalar gətirdi, yeni məzhəblər meydana gətirdi və xüsusilə metodistlər və baptistlər arasında kilsə üzvlüyünü xeyli artırdı. 1840-cı illərdə Avropadan, xüsusən də ingilislərdən, irlandlardan və almanlardan çoxlu sayda immiqrant gəlirdi. Bir çoxları iqtisadiyyatda və cəmiyyətdə əsas amil kimi meydana çıxmağa başlayan şəhərlərdə məskunlaşdılar. Viqlər Texasın ilhaqının köləlik məsələsində böhrana səbəb olacağı haqda xəbərdarlıq etmişdilər. 1850-ci illərdə Vətəndaş müharibəsinə səbəb olan iğtişaş onları haqlı çıxartdı.
Federalist dövrü
[edit]Vaşinqton adminstrasiyası: 1789–1797
[edit]Amerika inqilabının məşhur qəhrəmanı, Kontinental Ordunun komandiri və Konstitusiya konvensiyasının rəhbəri Corc Vaşinqton yeni ABŞ Konstitusiyasına uyğun şəkildə səs çoxluğu ilə ABŞ-nin ilk prezidenti seçildi. Yeni millətin bütün liderləri respublikaçılığa bağlı idi və 1788-ci ildəki anti-federalist şübhələri 1791-ci ildə Konstitusiyanın ilk on dəyişikliyi olaraq Hüquqlar haqqında Billin qəbul edilməsi ilə aradan qaldırıldı.
İlk dəfə əhalinin siyahıyaalınması əhalinin sayını 3,9 milyon nəfər müəyyənləşdirdi. Yalnız 12 şəhərin əhalisi 5.000-dən çox idi. Əhalinin çox hissəsi əkinçiliklə məşğul idi.
Konstitusiya aşağı məhkəmələr yaratmaq vəzifəsini Konqresə həvalə etmişdir. 1789-cu il tarixli Məhkəmə qanunu bütün federal məhkəmə sistemini yaratdı. Qanun Ali Məhkəmənin altı hakimdən ibarət olmasını və iki əlavə səviyyəni nəzərdə tuturdu: üç dairə məhkəməsi və 13 rayon məhkəməsi. Həmçinin qanuna əsasən hər bir federal məhkəmə dairəsində ABŞ marşalı, marşal müavini və rayon prokurorluğunun ofislərini yaratdı. 1790-cı il kompromisi milli paytaxtı cənubda (Kolumbiya dairəsi) müəyyən ediləcək bir rayonda yerləşdirdi və dövlət borclarının federal fərziyyəsinə imkan verdi.
Xəzinədarlıq nazirliyinin rəhbəri müharibə dövründə Vaşinqtonun köməkçisi olan Aleksandr Hamilton təyin edildi. Hamilton Vaşinqtonun dəstəyi və Tomas Ceffersonun müxalifətliyi ilə Konqresi bir əsr əvvəl İngiltərədə qurulan sistemi nümunə götürərək geniş əhatəli maliyyə proqramını qəbul etməyə razı saldı. Bu proqram İstiqlal müharibəsinin borclarını maliyyələşdirdi, milli bank qurdu və gömrük tarifləri, eləcə də vergilər sistemi qurdu. Onun siyasətləri ştatların və varlı amerikalıların iqtisadi gəlirlərini milli hökumətin uğuruna bağladı və yeni millətin beynəlxalq maliyyə vəziyyətini gücləndirdi.
Cənublu nümayəndələrin çoxu Hamiltonun planına qarşı çıxdılar, çünki borclarını onsuz da rədd etmişdilər, buna görə də bu plandan çox az qazanc əldə edəcəkdilər. Konqresdə cənubluların yüksək müxalifətiə baxmayaraq, Hamiltonun planı 1790-cı ilin ortalarında qüvvəyə mindi. Beləcə həmin il Tomas Cefferson və tərəfdarlarının konstitusiyaya zidd olduğu istiqamətindəki iddialara qarşı Hamiltonun tamamilə federal hökumətə verilən səlahiyyətlər daxilində olduğunu elan etdiyi ABŞ-nin birinci bankı quruldu.
Viski üsyanı 1794-cü ildə Pensilvaniyanın qərbindəki Mononqahela vadisindəki sakinlərin pul qazanmaq üçün dağların qarşı tərəfinə göndərdikləri viskiyə qoyulan yeni federal vergiyə etiraz etmələri ilə baş tutdu. Bu üsyan federal hökumətin ilk ciddi sınağı idi. 1794-cü ilin avqustunda etirazlar təhlükəli formada üsyana yaxınlaşırdı və 7 avqustda bir neçə min silahlı sakin Pittsburq yaxınlarında toplaşdı. Bunun ardınca Vaşinqton 1792-ci il Milis qanununa (Militia Act of 1792) müraciət edərək müxtəlif ştatların milis güclərini çağırdı. 13.000 nəfərlik qüvvə təşkil etdi. Bu qüvvəni Qərbi Pensilvaniyaya yönləndirdi. Üsyana şiddətli hal almadan dərhal yatırıldı.
Xarici siyasət gözlənilmədən 1793-cü ildə inqilabi Fransanın Avropanın qalan hissəsi ilə müharibəyə girdiyi vaxtdan başlayaraq 22 illik döyüşə səbəb olacaq bir hadisənin mərkəzinə düşdü. Fransa iddia edirdi ki, 1778-ci ildə ABŞ ilə qurduğu ittifaqa görə ABŞ onun köməyinə gəlməlidir. Vaşinqton prezidentliyinin bitərəf siyasəti böyük dəstək gördü, lakin ceffersonçular Fransanı şiddətlə dəstəkləyirdilər, həmçinin respublikaçıların düşməni kimi gördükləri ingilislərə qarşı dərin güvənsizlik hiss edirdilər. Bundan başqa Cənub və Qərbdəki İspaniya torpaqlarını ilhaq etməyə çalışırdılar.
Hamilton və Cefferson arasında xüsusilə də xarici siyasət mövzusunda davam edən mübahisə Federalist və Respublikaçı partiyalarının qurulmasına səbəb oldu. Vaşinqton vida nitqində siyasi partiyalara qarşı xəbərdarlıq etsə də, ümumi olaraq Ceffersonun proqramlarının əvəzinə Hamilton və proqramlarını dəstəklədi. Demokratik-Respublikaçı Partiya Yuxarı Cənub, Qərb sərhədi və yaxın ştatların bir hissəsinə hakim oldu. Federalist dəstək Şimalin böyük şəhərlərində və Cənubi Karolinada çox idi. Vaşinqtonun 1799-cu ildə ölümündən sonra o, federalistlərin simovolik qəhrəmanına çevrildi.
Siyasi partiyaların yaranması
[edit]1792–1824-cü illər aralığında Birinci partiya sistemi nazirlik, Konqres və ştatların idarəsi üçün mübarizə aparan iki milli partiyadan ibarət idi: Aleksandr Hamiltonun qurduğu və 1800-cü ilə qədər hakim olan Federalist Partiya, Tomas Cefferson və Ceyms Medisonunun qurduğu və 1800-cü ildən sonra hakim olan rəqib Demokratik-Resupublikaçı Partiya. Hər iki partiya da milli siyasətdə yaranmış, lakin hər ştatda tərəfdarları və seçiciləri birləşdirmək üçün hərəkətə keçmişdir. Bunlar "çox güman ki, ilk müasir partiya sistemini" təşkil edirdi, çünki saraydakı və yaxud parlamentdəki aristokratik qruplara yox, seçicilərə əsaslanırdı. Federalistlər biznes dünyasına, respublikaçılar isə fermerlərə və əkinçilərə xitab edirdi. 1796-cı ildə hər ştatda siyasət demək olar ki, iki partiyanın inhisarında idi.
Cefferson 12 fevral 1798-ci ildə yazırdı:
ABŞ-də iki siyasi məzhəb yaranmışdır. Biri icra hakimiyyətinin hökumətimizin ən çox dəstəyə ehtiyacı olan qolu olduğuna inanır. Digəri isə ingilis hökumətindəki oxşar qol kimi Konstitusiyanın respublikaçı hissələri üçün onsuz da çox güclüdür və buna görə də şübhəli hallarda qanunvericilik səlahiyyətlərinə meyl edirlər. Bunlardan birincisi federalistlər, bəzən aristokratlar və yaxud monokratlar, bəzən isə ingilis hökumətindəki tam olaraq eyni anlayışa uyğun gələn mühafizəkarlar adlandırılır. İkincisi respublikaçılar, viqlər, yakobinlər, anarxistlər, nizamsızlar və s. adlandırılır. Bu terminlər əksər insanlara tanışdır.
Federalistlər Xəzinədarlıq naziri Hamiltonun dövlət borclarını federal səviyyədə üzərinə götürməsi, bu borcların ödənilməsi üçün gömrüm tarifini, maliyyəni asanlaşdırmaq üçün milli bank və bankçılıq ilə istehsalın təşviq edilməsini vurğulayan maliyyə sistemini dəstəklədilər. Cənubdakı plantasiyalarda yaşayan respublikaçılar isə güclü icra hakimiyyətinə qarşı çıxır, daimi ordu və donanmaya qarşı düşmənçilik edir, Konstitusiyada yer alan dövlət başçısının səlahiyyətlərinə məhdudiyyətlər qoyulmasını tələb edir və Hamiltonun maliyyə proqramına şiddətlə qarşı çıxırdılar. Bəlkə də daha vacibi federalistlərin siyasi istiqrarı və amerikan ticarəti ilə yaxın əlaqələri olduğuna görə İngiltərəni seçdikləri, respublikaçıların isə fransızlara və Fransa inqilabına heyran olduqları xarici siyasət idi. Cefferson xüsusilə ingilis aristokrat təsirlərinin respublikaçılığa mənfi təsir edəcəyindən çəkinirdi. İngiltərə və Fransa 1793–1815-ci illər aralığında qısa fasiləni çıxmaqla müharibə edirdi. Amerikan siyasəti bitərəf idi. Federalistlər Fransaya, respublikaçılar isə İngiltərəyə düşmən kimi baxırdı. 1794-cü ildə Cey müqaviləsi (Jay Treaty) iki partiyanın və tərəfdarlarının hər bir ştatda qərarlı formada hərəkətə keçməsinə işarə edirdi. Prezident Vaşinqton rəsmi şəkildə partizan olmasa da, ümumi olaraq Fransanı dəstəkləyirdi və bu partiya Vaşinqtonu ikonik qəhrəmanına çevirdi.
Adams adminstrasiyası: 1797–1801
[edit]Vaşinqton millətin başçısı kimi səkkiz ildən çox xidmətdə olmağı qəti şəkildə rədd edərək 1797-ci ildə təqaüdə çıxdı. Federalistlər prezidentin köməkçisi Con Adamsın prezident seçilməsi üçün kampaniya apardı. Adams 1796-cı il prezident seçkilərində Ceffersona qalib gəldi və o dövrün Seçki Kollegiyasının prinsipinə əsasən ikinci vəzifə olaraq prezidentin köməkçisi oldu.
Adams prezident olmamışdan əvvəl də Aleksandr Hamiltonla mübahisə etmiş və bu münaqişənin parçalanmış Federalist Partiya tərəfindən qarşısı alınmışdır.
Ölkə daxilindəki bu çətinliklərə beynəlxalq problemlər də əlavə oldu. Amerikanın böyük düşməni İngiltərə ilə 1795-ci ildə Cey müqaviləsini ratifikasiya etməsinə qəzəblənən Fransa Britaniya limanlarına göndərilən ərzaq və döyüş materiallarının Fransız donanması tərəfindən ələ keçiriləcəyini elan etdi. Fransa 1797-cii ildə 300 amerikan gəmisini ələ keçirmiş və ABŞ ilə diplomatik münasibətlərini dayandırmışdı. Adams müzakirə üçün Parisə üç komissar da göndərəndə xarici işlər naziri Çarlz Morik de Taleyrandın agentləri (Adams Konqresə təqdim etdiyi hesabatda "X, Y və Z" kimi adlandırmışdı) amerikalıları məlumatlandırdılar ki, danışıqlar yalnız ABŞ-ın Fransaya 12 milyon dollar kredit verməsi və Fransa hökumətinin rəsmilərinə rüşvət verəcəyi təqdirdə başlaya bilər. Amerikanın Fransaya qarşı düşmənçiliyi Fransa səfiri Edmond-Charles Genêt tərəfindən qızışdırılan həyəcanlı səviyyəyə yüksəldi. Federalistlər "XYZ işindən" yeni amerikan ordusu qurmaq, donanmanı gücləndirmək, fransız tərəfdarı fəaliyyətləri dayandırmaq üçün Xarici və qiyam qanunlarını (Alien and Sedition Acts) qüvvəyə mindirmək və bunları ödəmək üçün yeni vergilər çıxarmaq adı ilə istifadə etdilər. Vətəndaşlıq üçün yaşamaq tələbini 5 ildən 14 ilə qaldıran Vətəndaşlıq qanunun (Naturalization Act) hədəfi Respublikaçı Partiyanı dəstəkləmələrindən şübhələnilən irland və fransız immiqrantlar idi. Qiyam qanunu prezident və yaxud Konqres əleyhinə "yalan, skandal və pis məqsədlə" hər hansısa bir şeyin yazılmasını, danışılmasını və ya nəşr edilməsini qadağan edirdi. Qiyam qanunu əhatəsində verilən bir neçə məhkumluq qərarı vətəndaş azadlıqları mübarizəsi üçün şəhidlər yaratmaqdan və respublikaçılara dəstək yaratmaqdan başqa bir işə yaramadı. Cefferson və müttəfiqləri əks hücuma keçdilər, iki ştatın Kentukki və Virciniya qətnamələri ilə (Kentucky and Virginia Resolutions) ştatın qanunverici orqanlarının Konqresin qərarlarını ləğv edə biləcəyini bildirdi. Amma digər bütün ştatlar bu təklifi rədd etdi.
1799-cu ildə fransızlara qarşı aparılan bir sıra dəniz müharibəsindən ("Quasi müharibəsi" kimi tanınır) sonra genişmiqyaslı müharibə qaçılmaz görünürdü. Bu böhranda Adams partiyasından ayrıldı və Fransaya üç yeni komissar göndərdi. İqtidara yeni gəlmiş Napoleon onları səmimiyyətlə qarşıladı və münaqişə təhlükəsi ABŞ-ni 1778-ci ildə Fransa ilə müharibə zamanı ittifaqından rəsmən azad edən 1800-cü il Konvensiyasının danışıqları ilə sovuşdu. Lakin Amerikanın zəifliyini əks etdirən Fransa Fransa donanması tərəfindən ələ keçirilən Amerika gəmiləri üçün 20 milyon dollar ödəməkdən imtina etdi.
Adams prezidentliyinin son saatlarında Con Marşallı baş hakim vəzifəsinə təyin etdi. 1835-ci ildə ölümünə qədər xidmət göstərən Marşall Ali Məhkəmənin səlahiyyətlərini qəti şəkildə genişləndirdi və güclü milli hökumət üçün Konstitusiyanın federalist şərhini təmin etdi.
Tomas Cefferson
[edit]Tomas Cefferson siyasi liderliyi ilə təriflənən, lakin şəxsi həyatında köləliyin roluna görə də tənqid edilən ABŞ-nin erkən dövr tarixinin mərkəzi fiqurudur. Bərabərliyi, demokratiyanı və respublikaçılığı müdafiə etmiş, aristokratik və monarxist meyllərə qarşı çıxmışdır. Amerikan inqilabına öndərlik etmiş və ilham vermiş, dini azadlığı və tolerantlığı müdafiə etmiş və və şəhərli maliyyə elitasının mərkəzləşmə meyllərinə qarşı çıxmışdır. Cefferson ikinci milli partiyanı qurdu və 1800-cü ildə hakimiyyətə gətirdi. Ardınca qərbə doğru genişlənmə və kəşf üçün çalışdı. Təndiqçilər onun yüzlərlə köləyə sahib olması ilə məşhur "bütün insanlar bərabər yaradılmışdır" sözünün arasındağı qanunauyğunsuzluğu tənqid edir və kölə məşuqəsindən uşağı olduğunu iddia edirlər.
Vaşinqton və Adamsın idarə etdiyi federalistlər güclü hökumət qurmuşdular, lakin bəzi bəzi vətəndaşları xaricləşdirən siyasətlər irəli sürdülər. Federalistlər 1798-ci ildə sürətlə inkişaf edən ordu və donanmanın xərclərini ödəmək üçün ev, torpaq və kölələrə görə alınan və ölkədəki hər bir mülkiyyətçiyə təsir edən yeni vergi çıxartdılar. Fries üsyanında Pensilvaniyadakı yüzlərlə fermer etiraz etdi. Beləcə federalistlər vətəndaş cəmiyyətində çöküş yaşadılar.
Vergiyə qarşı çıxanlardan bəziləri həbs edildi, daha sonra Adams onları əfv etdi. Respublikaçılar bunu federalist tiraniyasının nümunəsi kimi tənqid etdilər.
Cefferson 1800-cü il seçkilərində özlərini demokrat-respublikaçı kimi tanıdan kiçik fermerlər, dükan sahibləri və digər işçilərdən ibarət böyük kütləni bir yerdə toplamışdı. Ceffersonun 4 mart 1801-ci ildəki ilk açılış nitqi yeni paytaxt Vaşinqtonda bu cür baş vermiş ilk nitq idi. Cefferson bu nitqində xalq arasında nizamı qorumaq üçün "müdrik və qənaətcil hökumət" vəd edirdi.
Cefferson xüsusilə Luiziananın satın alınması və ardınca Lewis və Clarck ekspedisiyası ilə kənd təsərrüfatını və qərbə doğru genişlənməni təşviq etdi. Amerikanın məzlumlar üçün sığınacaq olduğuna inanan Cefferson vətəndaşlığa qəbul üçün rezidentlik tələbini beş ilə endirdi.
İkinci dövrünün sonunda Cefferson və maliyyə naziri Albert Gallatin icra departamentinin işçilərinin, ordu və Hərbi Dəniz Qüvvələrinin zabitlərinin və əsgərlərin sayını azaldaraq, eləcə də hökumət və hərbi xərcləri azaltmaqla milli borcu 56 milyon dollardan aşağı salmağı bacardı.
Ceffersonun daxili siyasəti hadisəsiz və əli-qolu bağlı idi. Cefferson adminstrasiyası əsasən xarici işlər və regional genişlənmə ilə məşğul idi. Qallatinin islahatlarından başqa əsas məşğuliyyətləri hökuməti federalist hakimlərdən təmizləmək idi. Cefferson və həmkarları məhkəmə orqanına qarşı böyük güvənsizlik hiss edirdilər. "Marbury vs Madison" (1803) işində Con Marşallın rəhbərliyindəki Ali Məhkəmə Konqres tərəfindən qəbul edilmiş qanunvericiliyin nəzərdən keçirilməsi və ləğv edilməsi presedentini yaratdı. Öndə gələn federalistlərin bu qərarı Ceffersonu o qədər qəzəbləndirdi ki, onun administrasiyası səlahiyyətlərindən sui-istifadə kimi qəbul edilən hakimlərə qarşı impiçment dinləmələri açmağa başladı. Ali Məhkəmənin hakimi Samuel Çeysin məhkəməsi ilə məhkəmə orqanının təmizlənməsi cəhdi kulminasiya nöqtəsinə çatdı. Çeys Senat tərəfindən bəraət aldıqda, Cefferson kampaniyasını tərk etdi.
Həyatı boyunca kölə ticarətinə qarşı olan Cefferson 1807-ci ildə Konqresin bu məsələ üzrə 20 illik qadağasının başa çatması ilə birlikdə "Afrikanın amansız sakinlərinə qarşı uzun müddət davam edən və ölkəmizin mənəviyyatının, nüfuzunun və ən yaxşı maraqlarının çoxdan qadağan etmək istədiyi insan hüquqlarının pozulması" kimi tərif verdiyi beynəlxalq kölə ticarətinin cinayət hesab edilməsi üçün Konqresə uğurulu çağırış etdi.
Ceffersonun xarici siyasət prinsipləri
[edit]Ceffersonçuların fərqli xarici siyasəti var idi:
- Amerikalılar Ceffersonun "Azadlıq imperiyası" adlandırdığı şeyi dünyaya yaymağa borclu idilər, lakin "qarışıq ittifaqlardan" çəkinməli idilər.
- Britaniya, xüsusilə də monarxiya, aristokratiya, korrupsiyalar və ticarət metodları ən böyük təhlükə idi. 1794-cü il Cey müqaviləsi Britaniyanın lehinə idi, eləcə də amerikan dəyərlərinə qarşı təhlükə idi.
- Fransız inqilabına gəldikdə, respublikaçılıq, azadlıq, bərabərlik, qardaşlıq prinsiplərinə bağlı olması Fransanı Avropanın ideal millətinə çevirmişdi. "Ceffersonun Fransız inqilabına dəstəyi onun beynində əsasən anqlofillərin monarxizminə qarşı respublikaçılığın müdafiəsi kimi xidmət edir". Digər tərəfdən, Napoleon cümhuriyyətçiliyin antitezisi idi və onu dəstəkləmək mümkün deyildi.
- Mississipii çayının üzərindəki naviqasiya hüquqları Amerikanın milli maraqları üçün kritik idi. İspaniyanın nəzarəti dözümlü ola bilərdi, Fransanın nəzarəti isə qəbuledilməz idi. Luiziana satın alması bu hüquqlara zəmanət vermək üçün gözlənilməz fürsət idi, beləcə ceffersonçular bunu dərhal dəyərləndirdilər.
- Əksər ceffersonçular bahalı açıq dəniz donanmasının lazımsız olduğunu iddia edirdilər, çünki ucuz yerli silah gəmiləri, üzən batareyalar, mobil sahil batareyaları və sahil istehkamları limanları uzaq müharibələrdə iştirak etmək istəyi olmadan müdafiə edə bilərdi. Cefferson özü isə Aralıq dənizindəki Barbar quldurlarına qarşı Amerika gəmiçiliyini qorumaq üçün bir neçə freqat istəyirdi.
- Cefferson və Madison gəmiçilik mənfəətlərini Aralıq dənizindəki quldurlardan qorumaq üçün 1801-1805-ci illərdə Birinci Barbar müharibəsinə və 1815-ci ildə İkinci Barbar müharibəsinə qoşuldular. 1812-ci il müharibəsinin birinci ilində milis qeyri-adekvat olduğunu sübut etdikdən sonra Prezident Madison bu müddət üçün milli ordunu genişləndirdi.
- Daimi ordu azadlıq üçün təhlükəlidir və bundan uzaq durmaq lazımdır. Ceffersonçular müharibə ilə təhdid etməkdənsə, embarqo kimi iqtisadi təzyiqləri üstün tuturdular. Baxın: 1807-ci il Embarqo qanunu (Embargo Act of 1807).
- Lokal idarə olunan qeyri-peşəkar milis dövləti işğaldan müdafiə etmək üçün kifayət idi.
Luiziana satınalması
[edit]1803-cü ildə Luiziananın satınalınması qərbli fermerlərə Mississippi çayının əlverişli su yolundan istifadə etmələrinə şərait yaratdı. Fransız gücünü ABŞ-nin qərb sərhədindən uzaqlaşdırdı. Ən vacibi isə ABŞ sakinlərinə genişləmə üçün böyük potensial yaratdı. Bir neçə həftə sonra İngiltərə ilə Napoleon Fransası arasında müharibə yenidən başladı. ABŞ Avropanın kənd təsərrüfatı ixracatından əldə etdiyi gəlirlərə bağlı olduğuna görə müharibənin hər iki böyük gücünə də qida və xammal ixrac etməyə və daxili bazarları ilə Karib koloniyaları arasında mal daşımaqdan gəlir əldə etməyə çalışdı. Hər iki tərəf də özlərinə faydası olduqda bu ticarətə icazə vermiş, olmadıqda isə qarşı çıxmışdır. 1805-ci il Trafalqar döyüşündə fransız donanmasının məhv edilməsindən sonra İngiltərə Fransanın dəniz üzərindəki ticarət əlaqələri üzərində təzyiq yaratmağa çalışdı. Beləliklə, ABŞ-nin ticarət təcrübələrinə cavab olaraq, İngiltərə Amerika sahillərini boş blokadaya aldı. Britaniyanın Birləşmiş Ştatlardan başqa qida mənbələrinə arxalana bilməyəcəyinə inanan Konqres və Prezident Cefferson 1807-ci il Embarqo qanunu ilə ABŞ-nin xarici dövlətlərlə bütün ticarətini dayandırdı və ingilislərin amerikan sahillərinin blokadasına son qoyacağına ümid etdi. Lakin Embarqo qanunu Amerikanın kənd təsərrüfatı ixracatını məhv etdi və İngiltərə başqa qida mənbələri taparkən Amerika limanlarını zəiflətdi.
1812-ci il müharibəsi
[edit]Ceyms Medison Böyük Britaniya və Fransanın ABŞ ilə müharibənin astanasında olduğu bir vaxtda xarici siyasətdəki bacarıqlarının gücü hesabına 1808-ci il prezident seçkilərində qalib gəldi. O, Amerika dəniz limanlarını təzələyən Embarqo qanunu tez ləğv etdi. İntellektual parlaqlığına baxmayaraq, Madison Ceffersonun liderliyindən məhrum idi və sadəcə olaraq sələfinin siyasətini sözbəsöz kopyalamağa çalışdı. O, İngiltərə və Fransanı dəniz azadlığına hörmət etməyə məcbur etmək üçün müxtəlif ticarət məhdudiyyətləri tətbiq etməyə çalışdı, lakin bu, uğursuz oldu. İngilislər 1805-ci ildə Trafalqarda fransız və ispan filosunu məğlub etdikdən sonra dənizlərdə sözsüz hakimiyyətə sahib olddular. Bundan istifadə edərək istədikləri vaxt amerikan gəmilərini ələ keçirdilər və dənizçilərini Kral donanmasına xidmət etməyə məcbur etdilər. Daha da pisi, ABŞ Hərbi Dəniz Qüvvələrinin ölçüsü böyük bir orduya qarşı ideoloji müxalifətə görə azaldı və Birinci Milli Bankın nizamnaməsi başa çatdıqda və Konqres onu yeniləməkdən imtina etdikdə federal hökumət xeyli zəiflədi. Beləliklə, İngiltərə və Fransa ilə münasibətlər aşağı nöqtədə olduğu və ABŞ-nin müharibə aparmaq qabiliyyəti azaldığı bir vaxtda hərbi əməliyyatlar üçün hay-küy yarandı.
Britaniyanın amerikan gəmiçiliyinə (amerikalı dənizçilərin Britaniya donanmasına götürülməsi də daxil olmaqla) davamlı müdaxilə etməsi və Britaniyanın köhnə Şimal-Qərbdəki amerikalı hindulara kömək etməsinə cavab olaraq cənublu və qərbli ceffersonçuların rəhbərliyi altında 12-ci Konqres 1812-ci ildə Britaniyaya müharibə elan etdi. Qərblilər və cənublular milli qürurun müdafiəsi və qərb məskənlərinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ixracı üçün dünya bazarlarına çıxış əldə etmək kimi narahatlıqlarını nəzərə alaraq müharibənin ən qızğın tərəfdarları idi. Yeni İngiltərə yaxşı qazanc əldə edirdi və onun federalistləri müharibəyə, demək olar ki, ayrılma nöqtəsinə qədər qarşı çıxdılar. Federalist reputasiyası 1815-ci ilin zəfəri ilə çökdü və partiya artıq milli rol oynamadı.
Müharibə 1814-cü ilin avqustunda Vaşinqtonun yanması (Burning of Washington) və 1815-ci ilin yanvarında Nyu-Orlean döyüşündə Endrü Ceksonun İngilis işğalçı ordusunu sarsıdıcı məğlubiyyətindən sonra da davam edən şiddətli döyüşlərdən sonra sona çatdı. 1815-ci ilin fevralında Gent müqaviləsinin (Treaty of Ghent) ratifikasiyası ilə müharibə rəsmi şəkildə başa çatdı və "status quo ante bellum"a (müharibədən əvvəlki vəziyyətə) geri qayıtdı. Britaniyanın amerikan aborigenləri ilə qurduğu ittifaqı başa çatdı və hindular müharibədən ən böyük itki ilə ayrılan tərəf oldu. Nyu-Orleanda ən yaxşı ingilis döyüş qoşunları üzərində qələbə xəbəri sülh xəbəri ilə eyni vaxtda gəldi, amerikalılara psixoloji zəfər bəxş edərək Xoş hisslər dövrünü başlatdı. Müharibədən sonra qalan dağıntıların bərpası, o cümlədən Vaşinqtonun yanması zamanı məhv edilmiş Konqres kitabxanası kolleksiyasının bərpasına başlanıldı. Müharibə anti-müharibə tərəfdarı Federalist Partiyasını məhv etdi və Endrü Cekson və Vilyam Henri Harrison kimi generalların və Ceyms Monro, Con Kvinsi Adams və Henri Kley kimi mülki liderlərin milli vəzifəyə namizəd olmaları üçün qapı açdı.
Xoş hisslər dövrü və millətçiliyin yüksəlişi
[edit]1812-ci il müharibəsindən sonra ABŞ-də yeni kəşf edilmiş millətçilik hissi yaranmağa başladı. Amerikan xalqı Endrü Cekson kimi milli qəhrəmanların ətrafında toplaşmağa başladı. Frensis Skott Keyin "Ulduzlu bayraq" (The Star-Spangled Banner) şeiri ilə vətənpərvərlik hissləri oyandırıldı. Baş hakim Con Marşallın rəhbərliyi altında Ali Məhkəmə milli hökumətin rolunu gücləndirən bir sıra rəylər verdi. Bu qərarlara hər ikisi də milli hökumətin dövlətlər üzərində üstünlüyünü bir daha təsdiqləyən McCulloch v. Maryland və Gibbons v. Ogden də daxil idi. Adams-Onis müqaviləsinin imzalanması ölkənin qərb sərhədinin populyar və humanitar yollarla həll edilməsinə kömək etdi.
Bölməçilik
[edit]Ölkə daxilində millətçilik artsa da, onun təsirləri yenilənmiş bölməçilik hissi ilə məhdudlaşdı. 1812-ci ildəki müharibəyə qarşı çıxan Yeni İngiltərə ştatları Federalist Partiyasının çökməsi ilə siyasi güc cəhətdən zəiflədilər. Bu zəifləmə yeni sənaye hərəkatının yaranması və şimal bankçılığna yönəlmiş tələblərin artması ilə yüngülləşdi. ABŞ-dəki sənaye inqilabı Samuel Slaterin İngiltərədən köçməsi və Massaçusettin Louell şəhərində başlayan tekstil fabriklarının gəlməsi ilə irəlilədi. Cənubda Eli Vaytneyin pambıqtəmizləyicini ixtira etməsi qul əməyinin dəyərini kökündən artırdı. Cənub pambığının ixracatı artıq ABŞ-nin ən böyük ixracatı idi. Qərb ştatları "sərhəd ruhu" (frontier spirit) altında inkişaf etməyə davam etdi. Deyv Korokkett və Ceyms Fenimor Kuperin "The Leatherstocking Tales" kitabındakı xalq qəhrəmanı Netti Bumpponun nümunə göstərdiyi kimi individualizmə dəyər verilirdi. Tekumsenin 1813-cü ildə ölməsindən sonra amerikalı aborigenlər ağdərili sakinlərin qarşısını alacaq birlikdən məhrum oldular.
Xoş hisslər dövrü
[edit]Ölkə daxilində Ceyms Monronun prezidentliyi (1817-1825) müharibədən sonra partizan siyasətinin və qızğın ritorikanın tənəzzülü səbəbindən o vaxt və o vaxtdan bəri "Yaxşı hisslər dövrü" (Goog Feelings Era) kimi qarşılandı. Federalist Partiya çökdü. Rəqibsiz qalan Demokratik-Respublikaçı Partiya da regional mənfəətlər önə çıxdıqca çökdü.
Monro doktrinası xarici işlər naziri Con Kvinki Adams tərəfindən ingilislərlə əməkdaşlıq çərçivəsində hazırlandı və 1823-cü ilin sonlarında Monro tərəfindən elan edildi. Monro Amerika qitəsinin Avropanın müstəmləkəçiliyindən və Avropanın hegemon ölkələrin daxili işlərinə müdaxiləsindən uzaq olmasının vacibliyini irəli sürdü. Həmçinin ABŞ-nin Avropa gücləri və müstəmləkələri arasındakı müharibələrdə bitərəf mövqe tutmasını, lakin Amerikadakı hər hansısa yeni müstəmləkəyə və ya müstəqil ölkələrə müdaxiləni ABŞ-yə qarşı düşmən fəaliyyəti kimi qəbul edəcəyini bildirdi. Beləcə, heç vaxt yeni müstəmləkə qurulmadı.
Floridanın ilhaqı və sərhəd müqavilələri
[edit]Florida XIX əsrin başlanğıcında fransız və hindu müharibələri ilə Amerika inqilabı arasındakı 20 illik ingilis müstəmləkəçiliyini çıxmaqla demək olar ki, 250 il idi ki, birmənalı ispan torpağı idi. Seyrək məskunlaşılan bir bataqlıq olmağına baxmayaraq, ekspansionist düşüncəli amerikalılar onu tutmağa can atırdılar və artıq 1808-ci ildə amerikalı sakinlər Floridanın ən qərb nöqtəsini işğal edərək yerli ispan güclərini qovmuş, ardınca Konqres Luiziana satınalmasının ərazinin ABŞ-yə zəmanət verdiyi iddiası ilə buranı ilhaq edən nümunəni cəld qəbul etmişdir. 1812-ci il müharibəsində amerikan qüvvələri Mobile körfəzi çərçivəsindəki ərazini işğal etdi və ələ keçirdi. Həmin vaxt Fransa ilə müharibə apan İspaniya bunların heç birinə reaksiya göstərmədi. İspaniyanın Latın Amerikası ölkələri də əsas ölkənin diqqətinin dağınıqlığından istifadə edərək üsyan qaldırdı və Madrid üsyanlarını yatırtmaq üçün Florida ştatını qoşunlardan məhrum etməyə məcbur oldu. İspanlar geri çəkildikcə Floridadan ABŞ-yə hindu və quldur axınları artdı. Endrü Cekson 1818-ci ildə Floridadakı xaotik vəziyyəti yatırtmaq üçün ordunun rəhbərliyini öz üzərinə götürdü. Hindu axınlarını təşviq edən iki ingilis agentinin yaxalayıb asması Londonda sərt reaksiyalara və müharibə çağırışlarına səbəb oldu. Lakin soyuqqanlılıq üstün gəldi və vəziyyət daha çox gərginləşmədi. Bir il sonra xarici işlər naziri Con Kvinki Adams İspaniya ilə Adams-Onis müqaviləsini müzakirə etdi. İspanlar artıq müdafiə edə bilmədikləri Floridanı ABŞ-yə verməyə və uzaqdakı Oreqon ərazisi üstündə olan çox zəif iddialarından imtina etməyə razı oldu. Bunun qarşılığında amerikalılar Texas üstündəki iddialarından imtina etdi (bəzi amerikalılar Luiziana satınalması çərçivəsində bu ərazinin bir hissəsini də tələb edirdi). ABŞ ilə İspaniya Şimali Amerikası arasındakı o vaxta qədər qeyri-müəyyən olan sərhəd də dəqiqləşdi. Amerikanın Texasdakı iddiaları itməsə də, daha vacib Florida üçün arxa plana keçdi.
Həmçinin 1818-ci ildə ABŞ və İngiltərə Kanada ilı