User:BiliremKiOxuyursuz/sandbox
Karpaçço Vittore (Carpaccio Vittore) (1455 və ya 1456 - 1526). Erkən İntibah dövrü italyan rəssamıdır. Venesiyada xəzçinin ailəsində anadan olmuşdur. Venesiyada Centile Bellinidən dərs almış və işləmişdir. Vittore Karpaççonun Bellini ailəsiylə çox isti münasibətləri yaranmışdı. Çox ola bilər ki, 1505 — 1506-cı illərdə Karpaçço həmin vaxt Venesiyada yaşayan Albrext Dürerlə tanış olmuşı və Djovanni Bellininin emalatxanasına tez-tez baş çəkirdi. Qeyd etmək lazımdır ki, Karpaçço yalnız sənətkar və istedadlı rəssam deyildi, həm də olduqca təhsilli idi. Karpaççonun bəzi işlərində qədim aramey dilində yazılara rast gəlinir, o, kifayət qədər tez-tez latınlaşdırılmış Victor Carpathius adıyla imzalayırdı. Karpaçço əfsanəvi müqəddəs hadisələri onun müasir Venesiya məkanında baş verən real səhnə kimi traktovka edirdi, onlara şəhər mənzərələrini və interyerləri, şəhər sakinlərinin məişətini tərənnüm edən çoxsaylı janr detallarını daxil edirdi (müqəddəs Ursulanın həyatından əsərlər silsiləsi, 1490-1495, Akademiya Qalereyası, Venesiya, həmçinin müqəddəs Qeorqi və İeronim, 1502-1507, Skuola di San-Corco delyi Skyavoni, Venesiya).
Dini cəmiyyətlər və ya Venesiyanın qardaşlıqları -- skuolalar rəssamın daimi sifarişçiləri idi. Karpaççonun üç ən məşhur incil silsiləsi məhz onlar üçün yazılmışdı. Ehtimal ki, 1492-ci ildə Karpaçço Romaya səyahəti etdi. Bu səfərdən qayıtdıqdan sonra Karpaççonun əsərlərində Sikstin kapellasının freskalarıyla rəssamın tanışlığını göstərən xüsusiyyətlər meydana çıxır. Venesiya dini qardaşlıqlarının sifarişlərinin icrasından başqa, Karpaçço Centile Bellini və başqa rəssamlarla birlikdə Dojların Sarayında "Relikviya Tarixi" rəsmləri və əsərləri silsiləsinin yaradılmasında iştirak edirdi.
Karpaçço, görünür, öz doğma şəhərini çox sevirdi. O Venesiya görünüşü ilə bir neçə əsər yaratmışdı, məsələn, "Müqəddəs Xaçın relikviya Möcüzəsi", hansında ki, şəhərin nəfis panoramasını təsvir etmişdir. Artıq qoca yaşda rəssam tərəfindən yazılmış "Müqəddəs Markın şiri" əsəri faktiki olaraq Venesiyanın himnidir. Doğrusu, arxiv sənədi mənbələrindən Karpaçço haqqında hər hansı ətraflı məlumatları götürmək praktiki olaraq mümkün deyil. Və bu olduqca qəribədir: axı rəssam Vittore Karpaçço bütün Venesiyada məşhur idi. Buna görə Karpaçço ailəsi haqda nəsə demək çətindir, yeganə məlum olan odur ki, onun oğulları Pyetro və Benedetto həmçinin rəssam oldular. Bundan başqa, hətta Karpaççonun ölümünün dəqiq tarixini təyin etmək belə mümkün deyil.
Rəssam Vittore Karpaçço haqqında son sənədli qeyd 28 oktyabr 1525-ci ilə aiddir. Və 26 iyun 1526-cı ildə onun oğulu Pyetro məktubu yazdı, hansından ki, görünür, artıq Vittore Karpaçço sağ deyildi. Ömrünün son illərində Karpaçço çox az işləyirdi. 1520-ci ildən sonra o heç bir əhəmiyyətli əsər yaratmadı. 1523-cü ildə Kapodistriyada orqanın rəngləməsi rəssamın son işi oldu. Lokal rəng ləkələrinin səslənməsinin işıq-hava mühitiylə yumşalmasının effektini incə verərək, Karpaçço 16 yüzillik Venesiya rəngkarlıq məktəbinin koloristik kəşflərinin əsasını qoydu. [1]
Həmçinin bax
[edit]Xarici keçidlər
[edit]İstinadlar
[edit]Category:Artists Category:Italian artists
- ^ "Карпаччо Картины биография Carpaccio Vittore". smallbay.ru. Retrieved 2019-08-13.