User:Aitadzh Z
Dançonq
[edit]Dançonq - Dançonq (Koreya: 단청 (Dancheong); 丹青) üslub məqsədi ilə taxta binalar və artefaktlar üzərində Koreyanın ənənəvi dekorativ bəzədilməsinə deyilir[1]. Koreya dilində hərfi mənada "kinovar və mavi-yaşıl" deməkdir[2]. Bəzən isə "qırmızı və mavi" kimi tərcümə olunur[3][4][5]. Dekorasiyaları və boya rəngləri seçimi ilə yanaşı, Dançonq müxtəlif simvolik mənalar daşıyır[6]. O, beş əsas rəngə əsaslanır; mavi (şərq), ağ (qərb), qırmızı (cənub), qara (şimal) və sarı (mərkəz[7]). Bu beş rəngin istifadəsi yin və yanq prinsipinin və beş elementin fəlsəfəsinin istifadəsini əks etdirməklə yanaşı, həm də bu beş elementi təmsil edir: taxta, od, torpaq, metal və su. Quşlar, əjdahalar, pələnglər və qara tısbağalar kimi flora və faunanın yerləşdirilməsi də Beş Element Nəzəriyyəsinin prinsiplərinə uyğundur. Naxışlara həmçinin Buddizmi təmsil edən lotus, zənginlik və şərəf üçün nar, məhsuldarlıq üçün pion və uzun ömür üçün xrizantema daxildir ki, bunların hamısı həm bu həyatda, həm də sonrakı həyatda rifah arzularını ifadə edir.
Dançonq hər bir regiondan, binanın növündən və tikildiyi dövrdən asılı olaraq fərqli ola bilir. Dançonq, adətən, məbədlər və saraylar kimi mühüm yerlərdə istifadə olunur və hətta məbədlərin damlarının alt hissəsində heyvan naxışlarına (məsələn, əjdahalar, şirlər, durnalar) da rast gəlinə bilir[8]. Dançonq yalnız bəzək kimi deyil, həm də bina səthlərini temperaturdan qorumaq və materialların kobudluğunu daha az nəzərə çarpan etmək kimi praktik məqsədlər üçün də istifadə edilir[9][10]. O, həmçinin taxtanı həşəratlardan qoruyur [11]və ömrünü uzadır. Binaların səthlərində Dançonq tətbiqi bacarıq tələb edir və yüksək təlim keçmiş Dançonqjang (단청장 (Dancheongjang)) adlı sənətkarlar tərəfindən boyalı naxışlar tətbiq edilərək çəkilir[12]. Dançonqjang Cənubi Koreyada yaşayan milli sərvətlər hesab olunur və Cənubi Koreyadakı Mədəni İrs İdarəsi tərəfindən Milli Qeyri-Maddi Mədəni İrsin bir hissəsi kimi təsnif edilir[13].
Dançonq, Çinin memarlıq üslublarından təsirlənmişdir lakin, memarlıq rəsmlərinin oxşar formaları olan digər ölkələrlə müqayisədə fərqli xüsusiyyətləri inkişaf etdirilmiş və Koreyanın ənənəvi memarlığının uzun, fərqli xüsusiyyətinə çevrilmişdir[14]. Məsələn, Koreyanın Dançonq naxışları Çin naxışları ilə müqayisədə daha parlaq, mürəkkəb və son dərəcə incə üslublarla xarakterizə olunur. Yapon naxışları ilə müqayisə olunduqda isə Koreya Dançonq naxışları həm də binaların daxili və xarici görünüşünü bəzəmək üçün istifadə olunur. Yapon memarlığında bu kimi naxışlara çox rast gəlinmir, çünki Yaponiyanın Şinto təriqətində təmizliyə diqqət yetirilir və ağacın təbii vəziyyətdə qalmasına əhəmiyyət verilir. Bunlara misal olaraq, İse və İzumo taisha məbədlərini göstərmək olar.
Tarixi
[edit]Çinin Döyüşən Çarlıqlar dövründə (e.ə. III əsr) Çin memarlığının dekorativ rəngləmə nümunələri Buddizm və Konfutsiçiliyin təsiri altında Koreya və Yaponiyaya yayıldı. O vaxtdan bəri Koreya Dançonq nümunələri özünəməxsus Koreya xüsusiyyətlərini inkişaf etdirməyə başladı. Dançonq'un ən erkən nümunəsi eramızın 357-ci ildə Qoquryo dövründə tikilmiş qədim məzarın divarında tapılıb. Dançonq bu gün, həmçinin, Şimali Koreya və Şimal-Şərqi Çində Qoquryo Türbə Komplekslərində, General Türbəsində və digər Qoquryeo tarixi abidələrində də rast gəlinə bilər. Şilla Krallığında Dançonq, hətta, adi insanların evlərində də istifadə olunurdu. Dançonq Samquk saqi və Samquk yusa kimi qədim sənədlərdə də qeyd edilmişdir. Buddizmin milli din kimi istifadəsi Dançonq'un inkişafına kömək etmişdir.
12-ci əsrdə hərfi mənada "Qoryonun təsvirli hesabı" (918-1392) mənasını verən “Goryeo Do-Kyung (高麗圖經)” adlı sənəddə Çin müəllifi Xu Jing o zamankı yerlərdə dəbdəbəli Dançonqu təsvir etmişdir. Qoryo Do-Kyung-da tutacaqların qırmızı rəngə boyanması və üzüm çiçəkləri ilə bəzədilməsindən bəhs edərək Dançonq haqqında təfərrüatlı bəhs edilmişdir. Rəng və naxışların çox canlı olduğu və sarayın digər kral saraylarından seçildiyi qeyd edilmişdir. Yonqcuda yerləşən Busoksa məbədinin Cosadanq (조사당 (Josadang)), Andonqdakı Bonqconqsa məbədindəki Qıknakcon (극락전 (Geungnakjeon)) və Yesandakı Deunqcon (대웅전 (Daeungjeon)) kimi Qoryo dövrünə aid bir neçə Dançonq nümunəsi vardır.
Çoson xanədanlığından bəri Dançonq çox inkişaf etmiş və müxtəlif naxışlar və daha zəngin rənglərdən istifadə edərək daha da şaxələnməyə başlamışdır. Çoson erasındakı Dançonq, adətən, əsas fon kimi yaşıl rəngdən istifadə edir, daha sonra onun üzərində ziddiyyətli rənglərin mürəkkəb naxışları çəkilirdi. Bu naxışlar bitkilərdən, xüsusən də Dançonqu buddizmlə birbaşa birləşdirən lotus çiçəyindən ilhamlanmışdır.
Dançonqun növləri
[edit]Naxışlar sistemi dekorativ kompozisiya daxilində struktur xüsusiyyətlərinə və mövqelərinə görə dörd müxtəlif növə bölünür. Dörd növə aşağıdakılar daxildir:
•Moruço (Morucho)
•Byolcihva (Byeoljihwa)
•Bidan muni (Bidan munui)
•Dandonq muni (Dandong munui)
Moruço naxışı əsasən binanın yuxarı dayaq tirlərinin uclarında və saçaq kimi yuxarı künclərində çəkilir və adətən su zanbağı, nar və lələk kimi təbii formaları özündə birləşdirir. Byolcihva moruço naxışlarının iki bölməsi arasında boyanmışdır. Adətən, byolcihvada təsvir olunan müxtəlif heyvanlar və ya Buddist sutralarından səhnələrdir və daha çox saray binalarında deyil, məbədlərdə istifadə olunurdu. Bidan muni (ipək naxış) bütün binada rast gəlinən rəngli həndəsi naxışlardır və dandonq muni (tək/müstəqil naxış) tək bitki və ya heyvan üzərində qurulan naxış dizaynlarına aiddir.
Dançonqun çəkilməsi mərhələsi bu addımları izləyir. Öncəliklə, Dançonq çəkiləcək səth yaxşıca təmizlənir və hamarlaşdırılır. Daha sonra həmin səth üzərinə arxa fon rəngi çəkilir. Bunun üzərinə naxışların işlənmiş olduğu vərəqlər qoyulur. Bu vərəqlərdə naxışların kənar hüdudları iynə vasitəsilə kiçik deşiklərlə əhatə olunmuşdur. Üzərində naxışlar olan vərəqin deşikli hissələrinə ağ rəngdə pudra tətbiq olunur. Beləliklə, vərəqi qaldırdıqda onun altında naxışların əmələ gəldiyini görmək mümkündür. Daha sonra isə Beş Element Nəzəriyyəsinə əsasən boyalar tətbiq edilir.
Dançonqun restavrasiya mərhələsi
[edit]Bərpa prosesinin bir hissəsi olaraq, Dançonqda istifadə edilən boya rəngləri diqqətlə hazırlanmalıdır və bütün prosesə yazılı sənədlərlə birlikdə Mədəni İrs İdarəsi tərəfindən nəzarət edilir. Bərpa üsulları prosesinə aşağıdakılar daxildir:
1.Binanın hazırkı vəziyyətinin və ətraf mühitin yoxlanılması;
2.Lazım olan bərpa metodu ətrafında müzakirələrin aparılması;
3.Qalan Dançonq naxışlarının və rəng piqmentinin eskizlərinin seçilməsi.
Bərpa məqsədləri üçün istifadə ediləcək ən yaxşı təmir üsulunun hansı olduğuna dair yekun qərar bütün proses boyunca davamlı olaraq peşəkar məsləhət prosesləri vasitəsilə qəbul edilir. Dançonq müasir dövrlərdə koreyalılar tərəfindən evlərin dizaynında çox istifadə olunmasa da, tamamilə yoxa çıxmayıb. Müasir sənətçilər və dizaynerlər Dançonqu öz dizaynlarında istifadə edir, onun yeni formalarını yaratmağa çalışırlar. Bu da Dançonqun gələcək nəsillərə uğurla ötürülməsinə şərait yaradır.
İstinadlar
[edit]- ^ Song, Injung; Bang, Byungsun; Oh, Semin; Ha, Hyeyoung; Kwak, Youngshin (2018-08). "Dancheong colors used for Korean cultural heritage architecture restoration". Color Research & Application. 43 (4): 586–595. doi:10.1002/col.22220.
{{cite journal}}
: Check date values in:|date=
(help) - ^ "Academy of Korean Studies", Wikipedia, 2021-11-26, retrieved 2022-09-14
- ^ "Dancheong - Tibetan Buddhist Encyclopedia". tibetanbuddhistencyclopedia.com. Retrieved 2022-09-14.
- ^ http://www.buddhanet.net/e-learning/history/buddhist-art/korean05.htm
- ^ http://chinabuddhismencyclopedia.com/en/index.php/Dancheong
- ^ Kwon, Yoo Jin; Lee, Yhe-Young (2015-07-03). "Traditional Aesthetic Characteristics Traced in South Korean Contemporary Fashion Practice". Fashion Practice. 7 (2): 153–174. doi:10.1080/17569370.2015.1045348. ISSN 1756-9370.
- ^ "국립중앙과학관". www.science.go.kr. Retrieved 2022-09-14.
- ^ Song, Injung; Bang, Byungsun; Oh, Semin; Ha, Hyeyoung; Kwak, Youngshin (2018-08). "Dancheong colors used for Korean cultural heritage architecture restoration". Color Research & Application. 43 (4): 586–595. doi:10.1002/col.22220.
{{cite journal}}
: Check date values in:|date=
(help) - ^ Kwon, Yoo Jin; Lee, Yhe-Young (2015-07-03). "Traditional Aesthetic Characteristics Traced in South Korean Contemporary Fashion Practice". Fashion Practice. 7 (2): 153–174. doi:10.1080/17569370.2015.1045348. ISSN 1756-9370.
- ^ Cho, K. (2009-06-01). "Cultural Practice as a Methodology for a Fashion Designer's Self-Expression and a New Design Possibility". Family and Consumer Sciences Research Journal. 37 (4): 489–503. doi:10.1177/1077727X09333166. ISSN 1077-727X.
- ^ "Buddhist Studies: Korean Buddhist Paintings". www.buddhanet.net. Retrieved 2022-09-14.
- ^ "Dancheong: Spiritual Colors of Korea". koreatimes. 2007-05-22. Retrieved 2022-09-14.
- ^ Song, Injung; Bang, Byungsun; Oh, Semin; Ha, Hyeyoung; Kwak, Youngshin (2018-08). "Dancheong colors used for Korean cultural heritage architecture restoration". Color Research & Application. 43 (4): 586–595. doi:10.1002/col.22220.
{{cite journal}}
: Check date values in:|date=
(help) - ^ Song, Injung; Bang, Byungsun; Oh, Semin; Ha, Hyeyoung; Kwak, Youngshin (2018-08). "Dancheong colors used for Korean cultural heritage architecture restoration". Color Research & Application. 43 (4): 586–595. doi:10.1002/col.22220.
{{cite journal}}
: Check date values in:|date=
(help)